QR CodeQR Code

İranla 4+1 dövlətlərinin nüvə danışıqlarının növbəti turunun vaxtı açıqlanıb

7 Dec 2021 11:29

İslamTimes: İranla 4+1 dövlətlərinin və vasitə ilə ABŞ-ın nüvə sazişinin bərpası ilə bağlı danışıqları cari həftənin cümə axşamı günündən başlayacaq.


SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti danışıqların getdiyi Vyanadakı mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, nüvə danışıqlarının növbəti turunun cari həftənin cümə axşamı günü başlaması böyük ehtimalla baş tutacaq.

Qeyd edək ki, ötən həftə baş tutan danışıqlarda İran tərəfi sanksiyaların aradan qaldırılması və rəsmi Tehranın sazişdə olan öhdəliklərinə qayıtması haqda layihə təqdim edib. Tərəflər təklif edilənləri müzakirə etmək üçün paytaxtlara geri dönüblər.

Qeyd edək ki, bu saziş 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada ondan çıxması və İrana qarşı sərt sanksiyalara başlamasından sonra ləğv edilmək təhlükəsilə üzləşib.


Story Code: 967294

News Link :
https://www.islamtimes.org/az/news/967294/iranla-4-1-dövlətlərinin-nüvə-danışıqlarının-növbəti-turunun-vaxtı-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org