QR CodeQR Code

CİA rəhbərindən İranla bağlı ŞOK ETİRAF

7 Dec 2021 10:45

İslamTimes: ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri İranın nüvə proqramı ilə bağlı etiraf edib.


SalamNews xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns son çıxışlarının birində İranın nüvə proqramı ilə bağlı etiraf edib.

O, bildirib ki, İranın nüvə proqramının atom silahı istiqamətində hərəkət etməsi haqda sübut hələ tapılmayıb.

Qeyd edək ki, İranla 4+1 dövlətləri və eləcə də vasitə ilə ABŞ Vyanada nüvə sazişinin bərpası ilə bağlı danışıqların səkkizinci turuna cari həftənin sonunda başlayacaqlar. ABŞ dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan və rəsmi Tehrana qarşı sərt sanksiyalara başladıqdan sonra İran da sazişdə olan öhdəliklərini addım addım azaldıb. 2020-ci ildə İranın nüvə təsisatlarına qarşı təxribat hücumları, eləcə də nüvə aliminin terrora məruz qalmasından sonra rəsmi Tehran uranın zənginləşdirilməsi işini 60%-a çatdırıb. 2015-ci ilin Nüvə sazişi İrana uranın 3.5 – 4% dərəcəsində zənginləşdirilməsinə icazə verirdisə, indi İran bunu 60% dərəcəsinə qaldırıb. Ekspertlərin fikrinə görə uranın 90% dərəcəsində zənginləşdirilməsi nüvə silahını təmin edən əsas mərhələlərdən biridir.


Story Code: 967300

News Link :
https://www.islamtimes.org/az/news/967300/cia-rəhbərindən-iranla-bağlı-şok-etiraf

Islam Times
  https://www.islamtimes.org