0
Tuesday 7 December 2021 - 14:29

İşğalçı İsraildən növbəti biabırçılıq

Story Code : 967325
İşğalçı İsraildən növbəti biabırçılıq
Bu gün səhər sionist rejim Suriyaya hücumu ilə özünü növbəti dəfə gülünc duruma düşürüb.

Suriya mediası bu gün səhər saatlarında İsrail qırıcılarının Laziqiyə limanında bir yükü hədəf aldığını bildirib.

Kanal 13 televiziyası da daxil olmaqla İsrail xəbər mənbələri Tel-Əviv qırıcılarının Laziqiyə limanında silah daşıyan maşınları hədəf aldığını iddia etsə də, Suriya mənbələri qırıcıların bu səhər silah deyil, ərzaq daşıyan maşınlara hücum etdiyini sübut edən kadrları yayımlayıb.
 
Suriyanın Əl-Əxbariyyə şəbəkəsi hadisə yerində olan yanğınsöndürənlərə istinadən bildirib ki, Tel-Əviv qırıcılarının hədəf aldığı yük İran düyüsü və şəkər tozundan ibarət olub.