QR CodeQR Code

Sionist təhlükəsizlik rəsmisi: BƏƏ və İranın yaxınlığı narahatlıq doğurur

إسلام تايمز , 7 Dec 2021 15:21

İslamTimes: “Yedioth Ahronoth” qəzeti bu gün yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, İsrail rəsmiləri İran və BƏƏ arasındakı yaxınlığa görə olduqca narahatdırlar.


"Yediot Ahronot" qəzeti istinad etdiyi sionist məmurun olduqca yüksəkrütbəli şəxs olduğunu bildirib. Adı gizli saxlanılan bu şəxs deyib: “BƏƏ-nin İran və İsrail rejimi ilə eyni vaxtda yaxın münasibətdə olması bir araya sığmır. Olduqca narahatıq. Xüsusən də minlərlə israillinin BƏƏ-yə səyahət etdiyi zaman bu hadisə bizi nigaran edir. İranlıların da BƏƏ ilə isti münasibətdə olması və ora səfər etməsi bizim üçün təhlükəli ola bilər”.

Yüksək rütbəli sionist təhlükəsizlik rəsmisi Təhnun bin Zayidin Tehrana səfərini “nadir hadisə” adlandırıb və əlavə edib: "Tehran və Əbu-Dabi arasında yeni yola diqqətlə nəzarət edirik. İran və BƏƏ-nin qapıları bir-birinin üzünə açılsa, bütün bu hekayə (İsrail-BƏƏ münasibətlərinin genişlənməsi) pis istiqamətə yön ala bilər.”


Story Code: 967338

News Link :
https://www.islamtimes.org/az/news/967338/sionist-təhlükəsizlik-rəsmisi-bəə-və-iranın-yaxınlığı-narahatlıq-doğurur

Islam Times
  https://www.islamtimes.org