0
Wednesday 8 December 2021 - 15:38

Çindən Ərdoğanın açıqlamasına reaksiya: “Bunu siz də bacara bilərsiniz”

Story Code : 967508
Çindən Ərdoğanın açıqlamasına reaksiya: “Bunu siz də bacara bilərsiniz”
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Türkiyə” qəzetinin sualını cavablandıran Vanq Fey bunun üçün Türkiyənin böyük potensialının olduğunu deyib.

“Sizin sosial quruluşunuz, istehsalatdakı intizamlı yanaşmanız və iqtisadi şərtləriniz buna uyğundur. Türk xalqı çox zəhmətkeş və ağıllıdır. Türk xalqına inanırıq. Necə ki, biz bu böhrandan çıxdıq və zirvəyə yüksəldik, siz də bunu edə bilərsiniz”, - baş konsulun müavini vurğulayıb.

Böyük islahatların bir gündə baş verə bilməyəcəyini, bunun vaxt tələb etdiyini deyən Vanq Fey qeyd edib:

“40 il əvvəl xüsusi iqtisadi zonalar qurduq. Xarici investorları cəlb etmək üçün böyük stimullar verdik. Bəli, ucuz işçi qüvvəsi və sürətli istehsal xariciləri cəlb etdi. Dünyanın ən böyük sənaye və xarici sərmayələri özünə çəkən ölkəyə çevrildik. Türkiyənin bu gün etmək istədiyi məhz budur. Aşağı faiz və istehsala əsaslanan iqtisadi artım... Bu, əldə edilə biləcək plandır. Çünki Türkiyənin yaxşı zəminləri var. Əhəmiyyətli geosiyasi mövqeyə malikdir.

Biz artıq ucuz işçi qüvvəsi deyilik. Bu, böyümə mərhələsinin bir hissəsi idi. İndi ölkəmizi yüksək texnologiya ilə inkişaf etdirməyə çalışırıq. Siz də bunu edə bilərsiniz”.

“Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətinə toxunan Vanq Fey bildirib:

“Bu layihə Çini qlobal ticarətdə önəmli nöqtəyə gətirəcək. Türkiyə bu layihənin əsas nöqtəsindədir. Bu layihə sayəsində Çin və Türkiyə birlikdə inkişaf edəcək. Çin şirkətləri son zamanlar Türkiyəyə böyük maraq göstərirlər. Texnologiya şirkətlərinin investisiyaları əhəmiyyətli dərəcədə artıb. Bu belə davam edəcək. Bu ilin ilk üç rübündə iki ölkə arasındakı ticarət həcmi 25 milyard dollara yüksəlib. Bu maraq bizim Türkiyə iqtisadiyyatına olan inancımızdan qaynaqlanır”.