QR CodeQR Code

Mübarəkin məhkəməsi vəkillərin çəkişməsi səbəbindən natamam qaldı

6 Sep 2011 08:42

IslamTimes - Məhkəmə prosesi zamanı bir neçə dəfə prokurorlarla Hüsnü Mübarəkin vəkilləri arasında fiziki və ləfzi qarşıdurma yaranması səbəb olub ki, məhkəmə prosesi 4-cü dəfə öz işini natamam dayandırsın


"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, ötən gün Hüsnü Mübarək, onun iki oğlu və digər bir neçə nəfərin məhkəməsi keçirilib. Bu şəxslər 25 yanvar inqilabında nümayişçiləri qətlə yetirməyə göstəriş verməkdə ittiham olunur.

Məhkəmə prosesi zamanı bir neçə dəfə prokurorlarla Hüsnü Mübarəkin vəkilləri arasında fiziki və ləfzi qarşıdurma yaranması səbəb olub ki, məhkəmə prosesi 4-cü dəfə öz işini natamam dayandırsın.

Hakim Əhməd Rəfət bildirib ki, şahidləri dinləmək üçün məhkəmə prosesində sükuta ehtiyac var. Əks təqdirdə prosesdə irəliləyiş olmayacaq.

Bu bir halda baş verir ki, məhkəmə prosesi zamanı məhkəmə binası qarşısında polislə xalq arasında toqquşma baş verib. Nəticədə ən azı 25 nəfər yaralanaraq, xəstəxanaya çatdırılıb.


Story Code: 96751

News Link :
https://www.islamtimes.org/az/news/96751/mübarəkin-məhkəməsi-vəkillərin-çəkişməsi-səbəbindən-natamam-qaldı

Islam Times
  https://www.islamtimes.org