0
Wednesday 8 December 2021 - 17:51

ABŞ HBFP sazişindən çıxmaqla böyük səhvə yol verib

Story Code : 967518
ABŞ HBFP sazişindən çıxmaqla böyük səhvə yol verib
ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Wall Street Journal-a müsahibəsində deyib ki, ABŞ-ın 2015-ci ildə İranla imzalanmış HBFP nüvə sazişindən çıxması böyük səhv olub.

Entoni Blinken əlavə edib: "Biz hələ də diplomatiyanın İranın nüvə problemini həll etmək üçün ən yaxşı yol olduğuna inanırıq. Amma İranın nüvə anlaşmasındakı öhdəliklərinə qayıtması üçün qapılar sonsuzadək açıq olmayacaq."

ABŞ dövlət katibi elə bir halda ölkəsinin HBFP sazişini tərk etdiyinə görə təəssüfləndiyini bildirir ki, bu gün yeni hökumət elə Tramp dövründəki İrana qarşı maksimum təzyiq siyasətini davam etdirir. Onlar hələ də HBFP sazişinə zidd olan İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməkdən imtina edir.