0
Wednesday 8 December 2021 - 18:03

Ulyanov: Vyanadakı ixtilafları həll etmək mümkündür

Story Code : 967520
Ulyanov: Vyanadakı ixtilafları həll etmək mümkündür
O, Vyana danışıqlarının növbəti raundu ərəfəsində deyib: "Vyana danışıqlarında ABŞ və İranla təmaslarımız göstərir ki, hər iki tərəf HBFP sazişinin dirçəldilməsi məsələsində çox ciddidir. Sadəcə onların müvafiq yol və vasitələr barədə baxışları fərqlidir. Hədəf eyni olduğundan ixtilafları aradan qaldırmaq mümkündür və bu müzakirəçi heyətlərin vəzifəsidir."

Vyana danışıqlarında Rusiyanı təmsil edən diplomat həmçinin "Twitter" səhifəsində yazıb ki, HBFP sazişinin bərpası və sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarının yeddinci raundu sabah davam etdiriləcək.