0
Wednesday 8 December 2021 - 18:32

Ərdoğan İsrailə şərt qoydu - Fələstin siyasətində həssas davransanız...

Story Code : 967522
Ərdoğan İsrailə şərt qoydu - Fələstin siyasətində həssas davransanız...
Haaretz-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə sionist rejimlə münasibətləri yaxşılaşdırmağa hazırdır, amma bu məqamda İsrailin bölgədəki Fələstin siyasətinə daha həssas yanaşması lazımdır.

Dəfələrlə sionist rejimlə rabitələri normallaşdırmaq istədiyini dilə gətirən Türkiyə prezidenti bu rejimlə əlaqələrin yaxşılaşdırılmasının regionda sülh üçün faydalı olacağını iddia edib. O deyib ki, Tel-Əvivin fələstinlilərə qarşı həssaslıq nümayiş etdirdiyi məsələlərə aydınlıq gətiriləcəyi təqdirdə Ankara əlaqələrin yaxşılaşdırılması üçün addımlar atacaq.