QR CodeQR Code

Ərdoğan İsrailə şərt qoydu - Fələstin siyasətində həssas davransanız...

إسلام تايمز , 8 Dec 2021 18:32

İslamTimes: Ərdoğan işğalçı İsrailin bölgədəki Fələstin siyasətinə daha həssas yanaşacağı təqdirdə Türkiyənin bu rejimlə rabitələri normallaşdıracağını bildirib.


Haaretz-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə sionist rejimlə münasibətləri yaxşılaşdırmağa hazırdır, amma bu məqamda İsrailin bölgədəki Fələstin siyasətinə daha həssas yanaşması lazımdır.

Dəfələrlə sionist rejimlə rabitələri normallaşdırmaq istədiyini dilə gətirən Türkiyə prezidenti bu rejimlə əlaqələrin yaxşılaşdırılmasının regionda sülh üçün faydalı olacağını iddia edib. O deyib ki, Tel-Əvivin fələstinlilərə qarşı həssaslıq nümayiş etdirdiyi məsələlərə aydınlıq gətiriləcəyi təqdirdə Ankara əlaqələrin yaxşılaşdırılması üçün addımlar atacaq.


Story Code: 967522

News Link :
https://www.islamtimes.org/az/news/967522/ərdoğan-israilə-şərt-qoydu-fələstin-siyasətində-həssas-davransanız

Islam Times
  https://www.islamtimes.org