QR CodeQR Code

İbrahim Rəisi ilə Ərdoğan arasında telefon danışığı olub

9 Dec 2021 00:34

İslamTimes: İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.


APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında iki ölkə prezidenti müştərək əməkdaşlığın artırılmasına, xüsusi ilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasına təkid ediblər.

Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq".

Rəisi Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək.

Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.


Story Code: 967570

News Link :
https://www.islamtimes.org/az/news/967570/ibrahim-rəisi-ilə-ərdoğan-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.org