0
Thursday 9 December 2021 - 01:05

Boris Consonun müşaviri istefa verib

Story Code : 967571
Boris Consonun müşaviri istefa verib
APA-nın Britaniya bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, yerli mətbuat Britaniyada koronavirusla bağlı məhdudiyyətlərin ən sərt olduğu günlərdə, daha dəqiq keçən il dekabrın 18-də Baş nazirin ofisi olan “Downing Street”də Milad şənliyinin keçirildiyini yazıb.

Britaniyanın İTV kanalının əldə etdiyi görüntülərdə isə şənlikdən bir həftə sonra Aleqra Straton bu şənliklə bağlı öz həmkarlarının verdiyi suallara zarafatla cavab verərək, bunun pendir və şərabdan ibarət, sosial məsafənin saxlanmadığı işgüzar bir görüşmə olduğunu bildirib.

Yayılan video çoxsaylı tənqidlərə səbəb olduqdan sonra baş nazirin müşaviri istefa verib, işlətdiyi sözlərə görə üzr istəyib.

Qeyd edək ki, Baş ofisin mətbuat xidməti ötən il belə bir yığıncağın keçirilmədiyini qeyd edib.