0
Thursday 9 December 2021 - 02:57

Çempionlar Liqası: "Barselona" mübarizəni dayandırdı

Story Code : 967594
Çempionlar Liqası: "Barselona" mübarizəni dayandırdı
Axar.az xəbər verir ki, hər iki görüş H qrupunda baş tutub.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliya "Yuventus"u evdə İsveç "Malmö"sü ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Nəticədə "qoca sinyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

"Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

"Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

***

Günün digər matçlarının nəticələri aşağıdakı kimidir:

"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:0

"Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:1

"Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:0 (Təxirə salınıb)

"Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya) - 1:0

"Volfsburq" (Almaniya) - "Lill" (Fransa) - 1:3
Related Stories