QR CodeQR Code

ABŞ qüvvələri onlarla neft daşıyan maşını Suriyadan İraqa keçirib

9 Dec 2021 21:20

İslamTimes: ABŞ qüvvələri bu gün Suriyanın Hasakə vilayətindən İraq ərazisinə əsasən neft çənlərindən ibarət karvanı aparıb.


Bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, ABŞ karvanı "böyük əksəriyyəti xam neft çənləri olan 83 maşından ibarət olub".
Karvan ABŞ-ın Hərrab əl-Cəyr hərbi bazasının ərazisini tərk edərək əl-Valid keçid məntəqəsindən keçərək İraqla sərhədi keçib.
2019-cu ilin sonunda ABŞ-ın keçmiş prezidenti Donald Tramp Suriyada bir neçə yüz amerikalı hərbçinin qalması planını təsdiqləyib. Onların əsas vəzifələrindən biri ölkənin şimal-şərqindəki neft yataqlarına nəzarəti təmin etmək adlanırdı. Rəsmi Dəməşq hakimiyyəti ABŞ-ın hərbi mövcudluğunu Suriya xalqına məxsus təbii sərvətlərin talan edilməsi ilə müşayiət olunan qanunsuz işğal kimi qiymətləndirir. /Eastnews/


Story Code: 967711

News Link :
https://www.islamtimes.org/az/news/967711/abş-qüvvələri-onlarla-neft-daşıyan-maşını-suriyadan-iraqa-keçirib

Islam Times
  https://www.islamtimes.org