0
Thursday 9 December 2021 - 21:42

Moskva: ABŞ HBFP sazişini pozduğuna görə kompensasiya ödəməlidir

Story Code : 967714
Moskva: ABŞ HBFP sazişini pozduğuna görə kompensasiya ödəməlidir
Zaxarova həftəlik mətbuat konfransında deyib: “Ümid edirik ki, bu gün davam edən Vyana danışıqları məhsuldar olacaq”.

O əlavə edib: “Moskva Tehran və Vaşinqtondan HBFP sazişini bərpa etmək üçün Vyana danışıqları zamanı mövqelərini yaxınlaşdırmalarını istəyir.”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinin davamında deyib: “Rusiya məsləhətləşmələri sürətləndirməkdən və danışıqların əvvəlki raundlarının təcrübə və nəticələrinə istinad etməkdən başqa yol görmür”.

Zaxarova vurğulayıb: “Rusiyanın HBFP sazişini canlandırmaq cəhdi konkret hansısa tərəfin marağına bağlı deyil. Biz bu mexanizmin bütün tərəflərin maraqlarına uyğun olaraq hazırlandığını düşünürük”.