QR CodeQR Code

Moskva: ABŞ HBFP sazişini pozduğuna görə kompensasiya ödəməlidir

إسلام تايمز , 9 Dec 2021 21:42

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, o Vyanada keçirilən nüvə danışıqlarının nəticə verəcəyini ümid edir.


Zaxarova həftəlik mətbuat konfransında deyib: “Ümid edirik ki, bu gün davam edən Vyana danışıqları məhsuldar olacaq”.

O əlavə edib: “Moskva Tehran və Vaşinqtondan HBFP sazişini bərpa etmək üçün Vyana danışıqları zamanı mövqelərini yaxınlaşdırmalarını istəyir.”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinin davamında deyib: “Rusiya məsləhətləşmələri sürətləndirməkdən və danışıqların əvvəlki raundlarının təcrübə və nəticələrinə istinad etməkdən başqa yol görmür”.

Zaxarova vurğulayıb: “Rusiyanın HBFP sazişini canlandırmaq cəhdi konkret hansısa tərəfin marağına bağlı deyil. Biz bu mexanizmin bütün tərəflərin maraqlarına uyğun olaraq hazırlandığını düşünürük”.


Story Code: 967714

News Link :
https://www.islamtimes.org/az/news/967714/moskva-abş-hbfp-sazişini-pozduğuna-görə-kompensasiya-ödəməlidir

Islam Times
  https://www.islamtimes.org