0
Thursday 9 December 2021 - 22:18

Enrike Mora: Bütün tərəflər razılıq əldə olunana qədər danışıqları davam etdirəcək

Story Code : 967718
Enrike Mora: Bütün tərəflər razılıq əldə olunana qədər danışıqları davam etdirəcək
"Əl-Cəzirə"nin sverdyi məlumata görə, bugünkü iclasa sədrlik edən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora Vyanada danışıqların yeni mərhələsi başa çatdıqdan sonra jurnalistlərə bildirib ki, bütün nümayəndə heyətləri razılıq əldə olunana qədər danışıqları davam etdirəcəklərini təsdiqləyiblər.

Mora deyib: “Bəzi fikir ayrılıqları var. Amma biz bu fikir ayrılıqlarını aradan qaldırmağa çalışırıq. Atom Enerjisi Agentliyi Tehranla Qərb arasında əldə olunan istənilən razılaşmanı dəstəkləyir”.