QR CodeQR Code

Boris Consonun reytinqi rekord həddə düşdü

11 Dec 2021 00:38

İslamTimes: Koronavirus pandemiyası fonunda Milad şənliyi qalmaqalından dolayı Böyük Britaniyanın Baş naziri Boris Consonun reytinqi hökumət başçısı vəzifəsində işlədiyi vaxtdan bəri rekord səviyyədə aşağı düşüb.


Axar.az xəbər verir ki, bu barədə “YouGov” sosioloji institutunun dərc etdiyi araşdırmada deyilir.

Dekabrın 8-9-da keçirilən sorğunun nəticələrinə görə, indi respondentlərin yalnız 24 faizi Conson haqqında müsbət danışır, krallıq sakinlərinin 66%-i isə onun haqqında mənfi fikirdədir, qalanları münasibət bildirməyib. Qeyd olunur ki, Baş nazirin mənfi 42-yə bərabər olan hazırkı reytinqi noyabrın ortalarından əvvəlki araşdırma ilə müqayisədə 11 bənd pisləşib.


Story Code: 967889

News Link :
https://www.islamtimes.org/az/news/967889/boris-consonun-reytinqi-rekord-həddə-düşdü

Islam Times
  https://www.islamtimes.org