QR CodeQR Code

İranla nüvə danışıqları haqda ABŞ və İsrailin ixtilafı daha da dərinləşib – New-YorkTimes

11 Dec 2021 10:23

İslamTimes: “New-York Times” xüsusi hesabatında İranla danışıqların davam etdirilməsi ilə bağlı İsrail və ABŞ arasında fikir ayrılığının artdığını bildirib.


SalamNews xəbər verir ki, bu barədə "New-YorkTimes" qəzeti ABŞ-ın və İsrailin 10-dan çox diplomatik mənbələrinə istinadla məlumat yayıb.

10-dan çox ABŞ və İsrail rəsmisi ilə söhbətlərə əsaslanan hesabatda deyilir ki, Naftalı Bennett və Co Baydenin arasında əlaqələrin perspektivli başlamasına baxmayaraq, İranla danışıqların davam etdirilməsi ölkənin nüvə sahəsində irəliləyişi ilə üst-üstə düşür.

Məlumata görə, İsrailin müdafiə naziri və Mossad rəhbəri son 10 gündə ABŞ-a səfərindən razı qayıtmayıblar. Onlar ABŞ-dan Beynəlxalq Atom Enerjisi Agentliyinə təzyiqlərin göstərilməsini və İranla daha sərt davranmağı istəyiblər. Lakin ABŞ İsrailin istədiyi şəkildə rəftar etmək deyil, rəsmi Tehranın nüvə proqramı məsələsini diplomatik yolla həllinə nail olmaq niyyətindədir.


Story Code: 967947

News Link :
https://www.islamtimes.org/az/news/967947/iranla-nüvə-danışıqları-haqda-abş-və-israilin-ixtilafı-daha-da-dərinləşib-new-yorktimes

Islam Times
  https://www.islamtimes.org