0
Saturday 11 December 2021 - 21:08

Rusiya Raket Akademiyası İsrailin canına vəlvələ saldı

Story Code : 968052
Rusiya Raket Akademiyası İsrailin canına vəlvələ saldı
Rusiya Raket Akademiyasının vitse-prezidenti Konstantin Syukov “Russia Today” telekanalına verdiyi müsahibədə İranın raket sənayesinin hansı həddə inkişaf etməsi haqda danışıb.

Syukov İran və sionist rejim arasında müharibə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib:

"Tel-Əvivin İrana qarşı müharibə başlatma ehtimalı azdır. İsrailin 200-400 arasə nüvə başlığı var. İranın isə çox sayda orta mənzilli, ballistik və digər müxtəlif müasir raketləri var. Bu raketlər uzun məsafədəki hədəfi yüksək dəqiqliklə məhv edə bilir. İranın raketlərinin dəqiqliyini ABŞ bazalarına hücum zamanı bütün dünya gördü.

Bu raketlərə qarşı müdafiə olunmaq İsrailin gücündə deyil. Bu gün İsrailin bu raketlərə qarşı müqavimət göstərə biləcək hava hücumundan müdafiə sistemləri yoxdur. İran İsrailin müdafiə sistemləri və nüvə reaktorlarına raket hücumu etsə, kiçik ərazisi olan İsrail yaşayış üçün yararsız məntəqəyə çevriləcək.”