0
Saturday 11 December 2021 - 21:40

ABŞ Müqaviməti vurmağa kömək edəcək Parlament ardıncadır

Story Code : 968060
ABŞ Müqaviməti vurmağa kömək edəcək Parlament ardıncadır
Hizbullahın mərkəzi şurasının üzvü Şeyx Nəbil Qavuq ABŞ-ın Livana müdaxiləsi ilə bağlı xəbərdarlıq edib.

Əl-Mənar-ın məlumatına görə, Şeyx Nəbil deyib:

“Livan ABŞ-ın dağıdıcı siyasətinin hədəfindədir. Bu siyasət uğursuz iqtisadi sistemin başında duranları qoruyur, uğursuz bank sistemində korrupsiyaya yol açır və Livanın İsrail kimi düşmən qarşısında müqavimət gücünü sarsıdmağa çalışır."

O əlavə edib ki, Livanda bir neçə ay sonra keçiriləcək parlament seçkiləri üçün seçki kampaniyasını məhz ABŞ səfirliyi idarə edir. Çünki yeni Parlament Müqaviməti hədəfə almalı və Livanı İsrail ilə münasibətləri normallaşdırmağa sövq etməlidir.

Hizbullah Müqavimət Hərəkatı bildirib ki, öz milli və əxlaqi vəzifəsinə əməl edərək, ABŞ-ın bu çirkin planının qarşısını alacaq.