QR CodeQR Code

Moskva: ABŞ sanksiyalarla heç bir ölkənin mövqeyini dəyişdirə bilməyib!

إسلام تايمز , 11 Dec 2021 23:02

İslamTimes: ABŞ heç zaman hansısa ölkəyə sanksiyalar tətbiq etməklə o ölkənin möqeyində dəyişikliyə nail olmayıb.


Kremlin sözçüsü Dmitri Peskov bildirib: "Rusiya ilə Türkiyə arasında əməkdaşlıq başqa ölkələr üçün, xüsusilə də Yunanıstan üçün təhlükə doğurmur. Rusiyanın S-400 raketdən müdafiə sistemi hücum deyil, müdafiə xarakteri daşıyır."

Dmitri Peskov Yunanıstanın ANT1 şəbəkəsinə müsahibəsində deyib: “Rusiya Türkiyəyə S-400 raket sisteminin növbəti partiyasını çatdırmağı planlaşdırır.

O jurnalistin, Rusiyanın Türkiyəyə S-400 sisteminin növbəti partiyasını çatdırmaq planları ilə bağlı sualına cavab olaraq deyib: “Bəli, ümidvarıq. Bizim türkiyəli tərəfdaşlarımızla xüsusi anlaşmamız var”.

Jurnalist Peskovdan soruşub ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiya Türkiyəyə S400 sistemlərini satmaqda nəyi hədəfləyir? Peskov cavabda deyib: "Biz hamımız bilirik ki, Birləşmiş Ştatlar sanksiya oyununu oynamağı xoşlayır. Amma bu aydın məsələdir ki, ABŞ heç zaman hansısa ölkəyə sanksiyalar tətbiq etməklə o ölkənin möqeyində dəyişikliyə nail olmayıb.


Story Code: 968070

News Link :
https://www.islamtimes.org/az/news/968070/moskva-abş-sanksiyalarla-heç-bir-ölkənin-mövqeyini-dəyişdirə-bilməyib

Islam Times
  https://www.islamtimes.org