0
Sunday 12 December 2021 - 09:18

ABŞ Ukraynaya yardımı dayandırdı?

Story Code : 968109
ABŞ Ukraynaya yardımı dayandırdı?
Axar.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, buna səbəb ABŞ rəhbərliyinin Rusiya və Ukrayna arasında vəziyyətin diplomatik yolla həllinə şərait yaratmaq və gərginliyi azaltmaq istəyidir.

Bildirilir ki, paket 3-4 həftədir ABŞ prezidentinin masasındadır. Co Bayden paketi təsdiqləməli və keçən həftə yeni dəstək tədbirləri elan etməli idi, lakin Ağ Ev yekun qərarı hələlik təxirə salıb.