QR CodeQR Code

ABŞ Ukraynaya yardımı dayandırdı?

12 Dec 2021 09:18

İslamTimes: ABŞ Prezidenti Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketini təsdiqləməyi ləngidir.


Axar.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, buna səbəb ABŞ rəhbərliyinin Rusiya və Ukrayna arasında vəziyyətin diplomatik yolla həllinə şərait yaratmaq və gərginliyi azaltmaq istəyidir.

Bildirilir ki, paket 3-4 həftədir ABŞ prezidentinin masasındadır. Co Bayden paketi təsdiqləməli və keçən həftə yeni dəstək tədbirləri elan etməli idi, lakin Ağ Ev yekun qərarı hələlik təxirə salıb.


Story Code: 968109

News Link :
https://www.islamtimes.org/az/news/968109/abş-ukraynaya-yardımı-dayandırdı

Islam Times
  https://www.islamtimes.org