QR CodeQR Code

"WikiLeaks"in qurucusu həbsxanada insult keçirdi

12 Dec 2021 10:29

İslamTimes: "WikiLeaks"in qurucusu Culian Assanj 2019-cu ildən həbsdə olduğu Londonun Belmarş həbsxanasında insult keçirib.


Publika.az xəbər verir ki, bu barədə bazar günü "Daily Mail" qəzeti onun nişanlısı Stella Morrisə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, insult oktyabrın 27-də Assanjın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı və ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın ümumi pisləşməsi səbəbindən baş verib.

Hadisə "WikiLeaks"in qurucusunun vəziyyətinə təsir edib:

"Onun sağ göz qapağı sallanıb, yaddaş problemi var və nevroloji zədələnmə əlamətləri müşahidə edilir. Assanj beynin MRT-dən keçdi və indi insult üçün dərman qəbul edir".

Qəzetin məlumatına görə, Böyük Britaniya Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.


Story Code: 968125

News Link :
https://www.islamtimes.org/az/news/968125/wikileaks-in-qurucusu-həbsxanada-insult-keçirdi

Islam Times
  https://www.islamtimes.org