0
Sunday 12 December 2021 - 11:06

İranda 460 gündən koronavirusla bağlı böyük uğur

Story Code : 968129
İranda 460 gündən koronavirusla bağlı böyük uğur
İranda son sutkada 1,681 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 6,152,524-ə çatıb.

SalamNews Mehr-ə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Mətbuat xidməti bəyanat verib.

Bildirilib ki, ölkədə son sutkada 1,681 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 6,152,524-ə çatıb.

Bu o deməkdir ki, İranda 460 gündən sonra koronavirusa gündəlik yoluxmaların sayı iki mindən aşağı düşüb.

Əlavə edilib ki, son sutka ərzində İranda koronavirusun Covid-19 növündən 58 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 130,661-ə çatıb.

Qeyd edək ki, İranda indiyə qədər koronavirusun beş dalğası baş verib.

Hazırda İranda koronavirusun təhlükəsilə bağlı təsnifata əsasən “qırmız bölgə” yoxdur.