QR CodeQR Code

Səna İsrail adı yazılmış qlobusları məhv etdi

إسلام تايمز , 12 Dec 2021 12:45

İslamTimes: Yəməndə Səna Gömrük və Nəzarət İdarəsi dünya xəritəsində "İsrail" adlı ölkə qeyd olunmuş bir sıra qlobusların məhv edildiyini açıqlayıb.


"Əl-Məsirə"-nin məlumatına görə, Səna Gömrük və Nəzarət İdarəsinin rəisi Xalid Əli Əhməd əl-Sərvəri bildirib ki, Ədən limanından Yəmənə daxil olan bu yük ötən ilin oktyabrında müsadirə edilib.

O, əlavə edib: “İşğal olunmuş Fələstin ərazilərini İsrail adı ilə dünyaya tanıtdırmaq üçün hazırlanan bu qlobusların məhv edilməsi cəmiyyətimizə, dinimizə, dəyərlərimizə uyğun bir addım idi.”

Əl-Sərvəri sözlərinin davamında deyib: "Sionist rejim özünü dünya xəritəsində müstəqil, qanuni bir “ölkə” kimi göstərməyə çalışsa da, onların dünyanı aldatmaq cəhdləri nəticəsiz qalacaq. İsrail işğalçı bir rejimdir və işğalçılıq siyasətində ABŞ-la əlbirdir..."


Story Code: 968141

News Link :
https://www.islamtimes.org/az/news/968141/səna-israil-adı-yazılmış-qlobusları-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org