"Əl-Məsirə"-nin məlumatına görə, Səna Gömrük və Nəzarət İdarəsinin rəisi Xalid Əli Əhməd əl-Sərvəri bildirib ki, Ədən limanından Yəmənə daxil olan bu yük ötən ilin oktyabrında müsadirə edilib.
O, əlavə edib: “İşğal olunmuş Fələstin ərazilərini İsrail adı ilə dünyaya tanıtdırmaq üçün hazırlanan bu qlobusların məhv edilməsi cəmiyyətimizə, dinimizə, dəyərlərimizə uyğun bir addım idi.”
Əl-Sərvəri sözlərinin davamında deyib: "Sionist rejim özünü dünya xəritəsində müstəqil, qanuni bir “ölkə” kimi göstərməyə çalışsa da, onların dünyanı aldatmaq cəhdləri nəticəsiz qalacaq. İsrail işğalçı bir rejimdir və işğalçılıq siyasətində ABŞ-la əlbirdir..."