QR CodeQR Code

Blinken: “Rusiya aqressiv addımlar atmağa davam edərsə, cavab verəcəyik”

13 Dec 2021 00:23

İslamTimes: “Vaşinqton Moskva ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə can atır, lakin Rusiyanın mümkün aqressiv hərəkətlərinə müttəfiqləri ilə cavab verəcək”.


APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində bildirib.

“ABŞ Prezidenti Co Bayden bir neçə ay əvvəl Cenevrədə danışıqlar zamanı və videokonfrans zamanı Rusiya Prezidenti Vladimir Putinə aydın şəkildə bildirdi ki, biz Rusiya ilə sabit, proqnozlaşdırıla bilən münasibətlərə üstünlük veririk. Lakin Rusiya ehtiyatsız və aqressiv addımlar atmağa davam edərsə, biz cavab verəcəyik, təkcə biz deyil, həm də müttəfiqlərimiz və dünyadakı tərəfdaşlarımızla".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı səsləndirilən iddiaları boş və əsassız adlandırıb.

Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır.


Story Code: 968203

News Link :
https://www.islamtimes.org/az/news/968203/blinken-rusiya-aqressiv-addımlar-atmağa-davam-edərsə-cavab-verəcəyik

Islam Times
  https://www.islamtimes.org