0
Monday 13 December 2021 - 07:57

Netanyahunun ailəsinin təhlükəsizliyinin dövlət tərəfindən təmin edilməsi dayandırılıb

Story Code : 968218
Netanyahunun ailəsinin təhlükəsizliyinin dövlət tərəfindən təmin edilməsi dayandırılıb
APA xəbər verir ki, bu barədə “Yediot Ahronot” qəzeti məlumat yayıb.

Bildirilib ki, Netanyahunun ailəsinin mütəmadi olaraq ölümlə təhdid edilməsinə baxmayaraq, nazirlər komissiyası tərəfindən belə bir qərar qəbul olunub.

Qeyd edək ki, keçmiş baş nazirin səlahiyyət dövrünün başa çatmasından sonra dövlət tərəfindən ilk 6 ay ərzində ailəsinə təhlükəsizlik işçiləri və sürücü verilmişdi. Bu müddət dekabrın 13-də başa çatıb.

Bazar günü Netanyahu “Twitter”də ailəsinə qarşı edilən təhdidlərin skrinşotlarını yerləşdirib və qeyd edib ki, təkcə son iki gündə sosial mediada həyat yoldaşı Sara, habelə oğulları Yair və Avner üç dəfə ölümlə hədələniblər.