QR CodeQR Code

İran İsraili Yer üzündən silə bilər! - Sivkov

13 Dec 2021 11:46

İslamTimes: Dünyanın dörd ən böyük raket istehsalçısından biri olan İran İsraili Yer üzündən silə bilər.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov deyib.

O bildirib ki, Tehran İsrailin təhdidlərini ciddiyə almır:

"İsrailin İrana qarşı hücum etmə ehtimalı çox zəifdir. Təl-Əvivin İranın konvensional yaxın mənzilli raketlərini dəf edə biləcək havadan müdafiə, yaxud raketdən müdafiə sistemi yoxdur. Tehranın İsrailin nüvə sistemləri və reaktorlarına həyata keçirəcəyi mümkün raket hücumu isə İsraili yaşanmaz vəziyyətə gətirə bilər".

Sivkov əlavə edib ki, hətta ABŞ müdaxilə etsə də, İrana müqavimət istənilən nəticəni verməyək.


Story Code: 968264

News Link :
https://www.islamtimes.org/az/news/968264/iran-israili-yer-üzündən-silə-bilər-sivkov

Islam Times
  https://www.islamtimes.org