0
Monday 13 December 2021 - 12:08

“Bölgə silahla dolub-daşır, ora yaraqlılar da göndərilir” - Zaxarova

Story Code : 968265
“Bölgə silahla dolub-daşır, ora yaraqlılar da göndərilir” - Zaxarova
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Krım 24” telekanalına açıqlamasında deyib.

“Ukrayna silahla dolub-daşır, birbaşa tədarüklər, gələcək müqavilələr var və gördüyünüz kimi bunlar ümumilikdə milyonlarla və milyardlarla dollarlıq anlaşmalardır. Yaraqlılar hərbi təlimçilər adı altında ora göndərilir”, - Zaxarova bildirib.

Bundan əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonun 2014-cü ildən bəri Ukrayna ordusuna dəstək üçün 2.5 milyard dollardan çox vəsait ayırdığını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi isə Vaşinqtonun Kiyevə 60 milyon dollarlıq hərbi yardım paketini təsdiqlədiyini deyərək, döyüş avtomatları və sursatın son partiyasının bu həftə Ukraynaya göndəriləcəyini bildirib.

ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardım göstərmək üçün 300 milyon dollar ayrılması nəzərdə tutulub. Bundan əlavə, Avropa İttifaqı (Aİ) Şurası dekabrın 2-də Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 31 milyon avro ayırıb.