QR CodeQR Code

İran böyük dövlətlərlə apardığı nüvə danışıqlarında "yaxşı irəliləyiş"in olduğunu bildirib

13 Dec 2021 11:55

İslamTimes: “Vyanada yaxşı irəliləyiş əldə edilib. Bu danışıqların daha ciddi şəkildə davam etməsinə zəmin yaradıb.”


SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu İranı nüvə danışıqlarında təmsil edən nümayəndə heyətinin rəhbəri Əli Bariqi-Kəni deyib.

İranın baş müzakirəçicisi telekanala verdiyi müsahibədə Vyanada aparılan nüvə danışıqlarının son vəziyyəti haqda açıqlama verərək, yaxşı irəliləyişin olduğunu və budan sonrakı danışıqların ixtilaflı məqamların aradan qaldırılmasına kökləndiyini deyib.

İranın rəsmisi əlavə edib ki, bu danışıqlar davam etdiyi zamanda İsrail tərəfindən müxtəlif istiqamətlərdə təxribatlar yaradılır.

Qeyd edək ki, İran və 4+1 dövlətləri eləcə də vasitə ilə ABŞ 2015-ci ildə əldə edilmiş (daha sonra ABŞ tərəfinin birtərəfli qaydada çıxdığı) nüvə sazişinin bərpası üçün Vyanada XİN rəhbərlərinin müavinləri müstəvisində müzakirələr aparırlar.


Story Code: 968268

News Link :
https://www.islamtimes.org/az/news/968268/iran-böyük-dövlətlərlə-apardığı-nüvə-danışıqlarında-yaxşı-irəliləyiş-in-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org