0
Monday 13 December 2021 - 20:03

BƏƏ rəsmisi: Biz İranla baş-başa gəlmək istəmirik!

Story Code : 968351
BƏƏ rəsmisi: Biz İranla baş-başa gəlmək istəmirik!
“Reuters”in məlumatına görə, Ənvər Qarqaş Vaşinqtondakı “Körfəz Ölkələri” analitik mərkəzinə müsahibəsində deyib ki, BƏƏ-nin marağı nəyin bahasına olursa olsun istənilən münaqişədən uzaq olmaqdır.

Qarqaş əlavə edib ki, nə region ölkələri, nə də ABŞ İraq və ya Əfqanıstandakı kimi yeni bir müharibə başlamasını istəmir.

Bu məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin tanınmış politoloqu Abdul Xaliq Abdullah da fikir bildirərək deyib:
"Bu gün gərginlik deyil, sakitlik vaxtıdır. Əgər İsrail gərginlik yaratmağa meyl etsə, biz onlarla əməkdaşlıq etməyəcəyik!"