0
Tuesday 14 December 2021 - 12:39

Blinken: İranla bağlı ən yaxşı seçim diplomatiyadır!

Story Code : 968442
Blinken: İranla bağlı ən yaxşı seçim diplomatiyadır!
ABŞ dövlət katibi Entoni Blinken Vyana danışıqlarının nəticəsiz qalacağı təqdirdə alternativ seçimlər olduğu ilə bağlı iddiaları təkrarlayaraq, deyib ki, İranın nüvə proqramı məsələsində diplomatiya ən yaxşı variant olaraq qalır.

“Reuters”in məlumatına görə, Blinken İndoneziyada keçirdiyi mətbuat konfransında deyib: "İranla “nüvə danışıqları” uğursuz olarsa, ABŞ-ın alternativ seçimləri də var. Vaşinqton başqa variantlarla bağlı müttəfiqləri və tərəfdaşları ilə aktiv şəkildə müzakirələr aparır.