0
Tuesday 14 December 2021 - 13:01

A.B. Atvan: “İsrail bu səhvi etsə, İran qarşısında diz çökəcək”

Story Code : 968449
A.B. Atvan: “İsrail bu səhvi etsə, İran qarşısında diz çökəcək”
“Rai Əl-Youm” qəzetinin baş redaktoru Əbdül Bari Atvan bildirib: "Sionist rejimin İranın nüvə obyektlərinə hava zərbələri endirməsi ilə bağlı istənilən axmaqlığı İsrailin məhvinə və ya ən yaxşı halda əgər yerlə yeksan edilməzsə, İran qarşısında diz çökməsinə səbəb olacaq. Necə ki, ABŞ-ın Fars körfəzindəki bəzi müttəfiqləri bu gün sülh üçün İrana tərəf meyl göstərməyə məcbur olublar..."

Baş redaktor İranın nüvə obyektlərinə hücumla bağlı İsrail təhlükəsizlik rəsmilərinin təhdidlərinə toxunaraq yazıb:
"Ola bilsin ki, İsrail rejimi qırıcıları İraq və Suriya nüvə reaktorlarını hədəf ala bilsin. Amma İranda oxşar fəaliyyət mümkünsüz görünür. Çünki İranda nüvə obyektləri bir yerdə mərkəzləşdirilməyib. Bundan əlavə, İranın nüvə obyektlərinə istənilən hava zərbəsi endirilməyə cəhd edilsə belə, bu İranın Dimona reaktorunu məhv etməsinə səbəb olacaq..."