0
Tuesday 14 December 2021 - 15:02

Pentaqon etiraf etdi: İranın müdafiə proqramı yüksək potensiala malikdir

Story Code : 968470
Pentaqon etiraf etdi: İranın müdafiə proqramı yüksək potensiala malikdir
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bazar ertəsi Vaşinqtonda keçirdiyi mətbuat konfransında İranın kosmosa peyk buraxmağa hazırlaşdığına dair bəzi xəbərlərə münasibət bildirib. Müxbirin "İran peyki hansı üsulla kosmosa buraxacaq" sualına cavab olaraq Pentaqonun sözçüsü deyib: “Biz İranın ballistik raket proqramının son bir neçə ildə sürətlə inkişaf etdiyini bilirik”.

Con Kirbi dolayı yolla bu uzaq mənzilli, yüksək dəqiqliyə malik raketlər istehsal edən İran İslam Respublikasının kosmoso peyk yollamasının da çətin olmayacağını söyləyib.

Öz ölkəsindən km-lərlə uzaq Qərbi Asiyadakı digər ölkələrin daxili işlərinə müaxilə edən Pentaqon rəsmisi İranın müdafiə sahəsində irəliləyişlərindən qorxaraq iddia edib ki, İranın bacarığı Amerikanın maraqlarına və regiondakı tərəfdaşlarının təhlükəsizlik maraqlarına təhdiddir.