0
Wednesday 15 December 2021 - 00:29

BMT: Yəməndə dinc insanların həyatı təhlükədədir

Story Code : 968563
BMT: Yəməndə dinc insanların həyatı təhlükədədir
“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Yəməndə münaqişə tərəfləri sülh arzusunda olduqlarını bəyan etsələr də, onların diqqəti hərbi variantlar üzərində qalır.

"Döyüşlərin intensivləşməsi və cəbhə xəttlərinin dəyişməsi dinc insanların həyatını təhlükə altında saxlayır. Təkcə ötən həftə tərəflər arasında 50-yə yaxın toqquşma baş verib", - sözçü deyib.

Düjarrik qeyd edib ki, BMT Marib, Hudeyda və Taiz də daxil olmaqla intensiv döyüşlərin getdiyi bölgələrdə hər ay təxminən 11 milyon insana humanitar yardım etsə də, mövcud vəziyyət bölgəyə köməyin çatdırılmasını əngəlləyir.

Qeyd edək ki, Ənsarullah Müqavimət Hərəkatı işğalçı Səudiyyə koalisiyasına son zamanlar ağır zərbələr endirərək, Yəmən torpaqlarını işğaldan azad etməyə davam edir.