0
Wednesday 15 December 2021 - 10:41

ABŞ-ın 23 milyardlıq silah razılaşması pozula bilər

Story Code : 968605
ABŞ-ın 23 milyardlıq silah razılaşması pozula bilər
Teleqraf.com xəbər verir ki, Çinin BƏƏ-ə artan təsirindən narahat olan ABŞ texnoloji məhsullarının Çin casus fəaliyyətinə məruz qalmaması bəhanəsi ilə müqaviləyə müəyyən məcburiyyət gətirib.

“Wall Street Journal”a danışan mənbələr BƏƏ hökumətinin razılaşmanı pozmaq istədiyini iddia ediblər. Co Bayden administrasiyasına göndərilən məktubda “modern texnologiyalı silahların Çin casuslarından qorunması ilə bağlı razılaşmanın gətirdiyi öhdəliklərin çox çətin olduğu” ifadə edilib.

Xəbərdə BƏƏ-nin yaxın günlərdə ABŞ nümayəndə heyəti ilə görüşdən əvvəl məktubdan “bazarlıq taktikası” kimi istifadə edə biləcəyi də ehtimal olunur.