QR CodeQR Code

Ulyanov: Vyana danışıqlarında avropalıların mövqeyi təəccüblüdür

إسلام تايمز , 15 Dec 2021 21:25

İslamTimes: Mixail Ulyanov İranın yeni müzakirə komandasının Vyanada təşkil edilən danışıqlarda qərarlı olduğunu, Avropa ölkələrinin isə danışıqlarda tutduğu mövqeyin təəccüb doğurduğunu söyləyib.


Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov İranın yeni müzakirə komandasının Vyanada təşkil edilən danışıqlarda qərarlı olduğunu və tez zamanda mövcud vəziyyətə uyğunlaşdığını bildirib.

Bu gün "Pars Today"in Rusiya kanalına müsahibə verən Ulyanov qeyd edib ki, İran tərəfinin danışıqlara maksimum hazır olduğu müşahidə edilir, Avropa ölkələrinin isə danışıqlarda tutduğu mövqe təəccüb doğurur. O bildirib ki, avropalı nümayəndələr məntiqsiz mövqelər sərgiləyir və sanki ilk dəfədir ki, danışıqlar masasına otururlar.

Mixail Ulyanov əlavə edib: "Danışıqların gedişatı ümumi olaraq normaldır və çox güman ki, müsbət nəticəyə gətirib çıxaracaq. Rusiya və danışıqlarda iştirak edən bütün tərəflər üçün sazişin 2015-ci ildə imzalanan ilkin HBFP sazişindən kənara çıxmaması vacibdir. Çünki Rusiya "HBFP Plus" sazişi hazırlanmasına qarşıdır. Burada söhbət yalnız 2015-ci ildə imzalanmış müqavilənin bərpasından gedir.


Story Code: 968687

News Link :
https://www.islamtimes.org/az/news/968687/ulyanov-vyana-danışıqlarında-avropalıların-mövqeyi-təəccüblüdür

Islam Times
  https://www.islamtimes.org