0
Wednesday 15 December 2021 - 22:03

Pentaqon: İran PUA-ları hər ötən gün daha ölümcül olur

Story Code : 968691
Pentaqon: İran PUA-ları hər ötən gün daha ölümcül olur
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi çərşənbə günü deyib ki, İranın pilotsuz uçuş aparatları sənayesi hər ötən gün daha da inkişaf edir və İran PUA-ları getdikcə daha dəqiq və daha ölümcül olur.

"MSNBC" kanalına verdiyi müsahibədə Con Kirbi iddia edib: “Hazırda bizim qarşımızda İranın nüvə proqramı məsələsi var. Yaxın Şərqdə nüvə silahına malik olan İranla asan həll oluna biləcək heç bir mövzu olmayacaq!”

Pentaqon sözçüsü ABŞ-ın İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasına işarə etmədən deyib: “Onların (İranın) Obamanın prezidentliyi dövründə əldə edilən HBFP sazişinə qaytarılması üçün danışıqlar aparılır. Hazırda danışıqlar çətin keçsə də davam edir və bunun necə bitəcəyini hələ ki bilmirik”.