QR CodeQR Code

Pentaqon: İran PUA-ları hər ötən gün daha ölümcül olur

إسلام تايمز , 15 Dec 2021 22:03

İslamTimes: Con Kirbi: "İranın pilotsuz uçuş aparatları getdikcə daha dəqiq və daha ölümcül olur."


ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi çərşənbə günü deyib ki, İranın pilotsuz uçuş aparatları sənayesi hər ötən gün daha da inkişaf edir və İran PUA-ları getdikcə daha dəqiq və daha ölümcül olur.

"MSNBC" kanalına verdiyi müsahibədə Con Kirbi iddia edib: “Hazırda bizim qarşımızda İranın nüvə proqramı məsələsi var. Yaxın Şərqdə nüvə silahına malik olan İranla asan həll oluna biləcək heç bir mövzu olmayacaq!”

Pentaqon sözçüsü ABŞ-ın İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasına işarə etmədən deyib: “Onların (İranın) Obamanın prezidentliyi dövründə əldə edilən HBFP sazişinə qaytarılması üçün danışıqlar aparılır. Hazırda danışıqlar çətin keçsə də davam edir və bunun necə bitəcəyini hələ ki bilmirik”.


Story Code: 968691

News Link :
https://www.islamtimes.org/az/news/968691/pentaqon-iran-pua-ları-hər-ötən-gün-daha-ölümcül-olur

Islam Times
  https://www.islamtimes.org