0
Thursday 16 December 2021 - 10:05

Husilər Səudiyyə Ərəbistanın cənubunu ballistik raketlərlə hədəfə alıblar (FOTO)

Story Code : 968756
Husilər Səudiyyə Ərəbistanın cənubunu ballistik raketlərlə hədəfə alıblar (FOTO)
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Səna şəhərində yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat katibi Yəhya Səri rəsmi tvitter səhifəsi üzərindən bəyanat verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanın Cazan, Xams-Mşit və Nacran bölgələrində həssas hərbi mövqelər hədəfə alınıb. Əlavə edilib ki, Xams-Mşit rayonunda hərbi təyyarələrin saxlanıdğı obyekt ballistik raketlərlə hədəfə alınıb.

Husilər bu addımın Səudiyyə Ərəbistanın ölkə ərazisinə hava zərbələri endirməsinə cavab olduğunu bildiriblər.

Bu arada Səudiyyə Ərəbistanı hərbi koalisiyası bir neçə raketin ölkənin cənub səmasında havadan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib. Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-ın məlumatına görə raketlərdən biri Xams-Mşit sənaye parkında obyektlərə xəsarət yetirib.