0
Thursday 16 December 2021 - 22:36

Axios ifşa etdi: Tramp İsrailin ondan sui-istifadə etdiyini düşünür

Story Code : 968869
Axios ifşa etdi: Tramp İsrailin ondan sui-istifadə etdiyini düşünür
Amerikalı terrorçuların Hacı Qasım Süleymaniyə qarşı sui-qəsd planı Trampın sionist rejimlə əməkdaşlığının kulminasiya nöqtəsi kimi görünsə də, bu hadisə Tel-Əviv və Vaşinqton rəsmiləri arasında gərginliyə səbəb olub.

"Axios" informasiya saytının verdiyi məlumata görə, Tramp administrasiyasının bəzi yüksək səviyyəli rəsmiləri deyib ki, Donald Tramp sionist rejim və Netanyahunun özünün Hacı Qasım Süleymaninin qətlində daha fəal rol oynamasını gözləyirmiş.

ABŞ hökumətində çalışmış yüksək vəzifəli məmurlarının sözlərinə görə, terror hadisəsindən sonra Donald Tramp başa düşdü ki, Benyamin Netanyahu Amerikanın son əskərinədək bütün qüvvələrini İranla döyüşmək üçün meydana çıxarmasını gözləyir.

ABŞ administrasiyasının keçmiş rəsmisi deyib: "Trampın özü mənə dedi ki, İsrail düzgün iş görmədi."