QR CodeQR Code

Türkiyə ilə Suriya bəzi mövzularla bağlı danışıqlar aparır

إسلام تايمز , 16 Dec 2021 22:56

İslamTimes: Suriyalı rəsmi: Türkiyə ilə bəzi məsələlər ətrafında danışıqlar davam edir və müəyyən irəliləyiş əldə olunub.


Suriyanın Türkiyə ilə danışıqlar qrupunun rəhbəri olan suriyalı mayor Heydər Cavad Sputnik-ə bildirib ki, Türkiyə ilə danışıqlarda əsas diqqət Fəratın şərqi ilə bağlı məsələlər olub. Tərəflər Türkiyənin bu məntəqədəki hərbi mövcudiyyəti, kürd yaraqlıların nəzarətində olan ərazilər və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyası ilə bağlı müzakirələr aparıblar.

Mayor bildirib ki, Türkiyə ilə Suriya arasındakı danışıqlarda müzakirə olunan daha bir məsələ Adena sazişinin (20 oktyabr 1998-ci ildə imzalanmış) icrası olub. Heydər Cavad müzakirələr zamanı irəliləyişin əldə edildiyini və iki ölkə arasında yaranmış böhranın həll olunacağına ümid etdiyini bildirib.


Story Code: 968871

News Link :
https://www.islamtimes.org/az/news/968871/türkiyə-ilə-suriya-bəzi-mövzularla-bağlı-danışıqlar-aparır

Islam Times
  https://www.islamtimes.org