Türkiyə ilə Suriya bəzi mövzularla bağlı danışıqlar aparır
Story Code : 968871
Suriyanın Türkiyə ilə danışıqlar qrupunun rəhbəri olan suriyalı mayor Heydər Cavad Sputnik-ə bildirib ki, Türkiyə ilə danışıqlarda əsas diqqət Fəratın şərqi ilə bağlı məsələlər olub. Tərəflər Türkiyənin bu məntəqədəki hərbi mövcudiyyəti, kürd yaraqlıların nəzarətində olan ərazilər və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyası ilə bağlı müzakirələr aparıblar.
Mayor bildirib ki, Türkiyə ilə Suriya arasındakı danışıqlarda müzakirə olunan daha bir məsələ Adena sazişinin (20 oktyabr 1998-ci ildə imzalanmış) icrası olub. Heydər Cavad müzakirələr zamanı irəliləyişin əldə edildiyini və iki ölkə arasında yaranmış böhranın həll olunacağına ümid etdiyini bildirib.