0
Saturday 18 December 2021 - 00:01

Nuland: “ABŞ Rusiya ilə məsləhətləşmələrə açıqdır”

Story Code : 969020
Nuland: “ABŞ Rusiya ilə məsləhətləşmələrə açıqdır”
ABŞ hökuməti Rusiyanın Ukrayna ətrafında vəziyyəti deeskalasiya edəcəyini gözləyir və rəsmi Moskva ilə Rusiya-NATO formatında, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) formatında məsləhətləşmələrə açıqdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib.

“Söhbət müstəqil dövlətin - Ukraynanın suverenliyindən və ərazi bütövlüyündən gedir. Söhbət NATO-nun öz qərarlarını vermək hüququndan, Avropa təhlükəsizliyinin daha geniş arxitekturasından gedir.

Daha geniş mənada, söhbət beynəlxalq sistemdəki əsas davranış qaydalarından gedir ki, bir ölkə sərhədləri başqa bir qüvvə tərəfindən dəyişdirilə bilməz, bir ölkənin öz seçiminə və xarici siyasətlə bağlı qərarlarına digəri diktə edə bilməz”, - Viktoriya Nuland bildirib.