QR CodeQR Code

"Ağ Ev İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır"

18 Dec 2021 07:45

İslamTimes: "İran HBFP sazişinə dönəcəyi təqdirdə ABŞ bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək"


Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurası məlumat verib.

Ağ Evin Milli Təhlükəsizlik Şurası nümayəndəsi deyib: “İran HBFP nüvə sazişinə qayıdacağı təqdirdə ABŞ rəsmi Tehrana qarşı sanksiyaları ləğv edəcək."

HBFP sazişinin bərpası və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üzrə danışıqların 7-ci raundu noyabrın 29-da Vyanada başlayıb.

Qeyd edək ki, 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış HBFP sazişini ilk dəfə ABŞ qanunsuz şəkildə tərk edərək, İranın öhdəliklərinə əməl etdiyi bir şəraitdə bu ölkəyə yenidən sanksiyalar tətbiq etməyə başlayıb. Rəsmi ABŞ-ın bu qanunsuz addımına baxmayaraq daha bir il öz öhdəliklərinə əməl edib. Amma rəsmi Vaşinqtonun maksimum təzyiq siyasəti ilə İrana qarşı sanksiyalar siyahısını daha da genişləndirdiyindən, İran tərəfi etiraz əlaməti olaraq, HBFP sazişindəki öhdəliklərin icrasını dayandırdığını bildirib.


Story Code: 969040

News Link :
https://www.islamtimes.org/az/news/969040/ağ-ev-irana-qarşı-sanksiyaları-ləğv-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org