0
Saturday 18 December 2021 - 08:43

“Hazırkı templə Afrika əhalinin 70%-nin vaksinasiyası 2024-cü ildə çata bilər”

Story Code : 969043
“Hazırkı templə Afrika əhalinin 70%-nin vaksinasiyası 2024-cü ildə çata bilər”
BMT dünyada vaksinasiya ilə bağlı qoyulmuş hədəfə çatmağın vacibliyinə bir daha diqqət çəkib.

APA-nın xəbərinə görə, Təşkilatın baş katibi Antonio Quterreş ölkələri ilin sonunadək dünya əhalisinin 40%-nin peyvəndlənməsi hədəfinə çatmaq üçün konkret addımlar atmağa çağırıb.

Qurum rəhbəri ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, hazırkı templərlə Afrika əhalinin 70%-nin vaksinasiyasına yalnız 2024-cü ilin avqustunda çata bilər. Baş katibin sözlərinə görə, vaksinlərin paylaşdırılmasındakı qeyri-bərabərlik virusun variantlarının nəzarətdən çıxmasına gətirib çıxarır.