0
Sunday 19 December 2021 - 01:26

Talibandan qaçqınlara çağırış: Geri qayıdın

Story Code : 969199
Talibandan qaçqınlara çağırış: Geri qayıdın
Axar.az xəbər verir ki, Beynəlxalq Miqrantlar Günü münasibətilə Kabildə keçirilən tədbirdə Taliban hökumətinin Baş nazirinin müavini Məhəmməd Həsən Axundun mesajı oxunub.

Axund Əfqanıstanda son köçün 1979-cu ildə Rusiyanın bu ölkəyə hücumu ilə başladığını bildirib:

"20 ildir beynəlxalq ictimaiyyətin etdiyi yardımlar ehtiyacı olanlara çatmayıb. Biz gəldiyimiz vaxtdan minlərlə ailənin evinə qayıtmasına kömək etmişik. Gələn il biz bütün əfqan qaçqınları evlərinə qayıtmağa çağırırıq. İndi Əfqanıstanda sülh var. Hər kəs amnistiyadan istifadə edib ölkəyə qayıda bilər", - deyə Axund bildirib.